Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız bitirdi

Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız bitirdi Kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb
Fərdi
11 İyun , 2021 13:40
Dünya çempionatı: Daha bir cüdoçumuz yarışı medalsız bitirdi

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.

O, 1/16 finald İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi