Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxacaq
Fərdi
11 İyun , 2021 09:19
Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxacaq.

O, 1/16 finalda Mert Şişmanlar (Türkiyə) - İliya Sulamanidze (Gürcüstan) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.

Son xəbərlər

Orphus sistemi