Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşdə uduzdu - YENİLƏNİB - 1

Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşdə uduzdu - YENİLƏNİB - 1 Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Fərdi
7 İyun , 2021 20:02
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşdə uduzdu - YENİLƏNİB - 1

Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 66 kq-da yarışan idmançı rusiyalı Yaqub Şamilovla üz-üzə gəlib.

Qarşılaşmadan məğlub ayrılan Səfərov beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

16:25

Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 66 kq-da yarışan idmançı finala gedən yolda yaponiyalı Yoşiro Maruyama ilə qarşılaşıb.

Qızıl xal bölümündə rəqibinə uduzan Səfərov həlledici görüşə vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda rusiyalı Yaqub Şamilovla qüvvəsini sınayacaq.

15:41

Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 1/4 finalda fransalı Kilian Le Bluku məğlub edən idmançının finala gedən yolda rəqibi yaponiyalı Yoşiro Maruyama olacaq.

Mübarizəyə 1/32 finaldan başlayan Səfərov ardıcıl olaraq, Natan Berns (İrlandiya), Sərdor Nurillayev (Özbəkistan) və Veyl Ezziyə (Əlcəzair) qalib gəlib.

Bu çəkidəki digər cüdoçu Nicat Şıxəlizadə isə startda Lüsian Dumitreskiyə (Rumıniya) uduzub.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Tatyana Levitska - Şukvanidən (Gürcüstan) güclü olsa da, növbəti raundda Astrid Qneto (Fransa) ilə bacarmayıb.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi