Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi bürünc medal qazana bilər

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi bürünc medal qazana bilər Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə qoşulub.
Fərdi
9 Oktyabr , 2021 19:38
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi bürünc medal qazana bilər
Taleh Məmmədov

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Norveçin paytaxtı Oslodakı dünya çempionatında bürünc medal qazana bilər. 

"Report"un məlumatına görə, buna 67 kq çəki dərəcəsində çıxış edən idmançının 1/4 finalda uduzduğu iranlı Məhəmmədrza Gerayinin finala yüksəlməsi səbəb olub. 

Cəfərov sabah təsəlliverici qarşılaşmada yaponiyalı Tsuçika Şımoyamada ilə güləşəcək. 

Taleh Məmmədov (63 kq) isə bürünc medal uğrunda görüşdə Deniz Menekşe (Almaniya) - Lenur Temirov (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. 

19:10

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb. 

"Report"un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı iranlı Meysam Dalxani ilə üz-üzə gəlib. 

Rəqibinə 0:9 hesabı ilə uduzan Məmmədov sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. 

İslam Abbasovun (87 kq) 1/8 finalda uduzduğu gürcüstanlı Laşa Qobadze final çıxmadığından Azərbaycan təmsilçisi medal şansını itirib. 

15:14

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşünda türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda iranlı Meysam Dalxani ilə üz-üzə gələcək.

67 kq çəki dərəcəsindəki Həsrət Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayıb. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ardıcıl olaraq ABŞ təmsilçisi Peyton Omaniya və hindistanlı Qaurov Duhona qalib gəlsə də, 1/4 finalda iranlı Məhəmmədrza Gerayi ilə bacarmayıb. Cəfərov təsəlliverici görüşlərdə iştirak edə bilmək üçün rəqibinin finala adlamasını gözləməlidir.

87 kq-da yarışan İslam Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadzeyə uduzub. Rəqibi finala çıxsa, Abbasov təsəlliverici görüşlərə qatılacaq.

Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) ilə qarşılaşacaq.

Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.

Son xəbərlər

Orphus sistemi