Dünya çempionatı: Azərbaycanın şahmat yığması 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat yığması 1/4 finala yüksəlib Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
Fərdi
29 Sentyabr , 2021 18:51
Dünya çempionatı: Azərbaycanın şahmat yığması 1/4 finala yüksəlib

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı sonuncu - 5-ci qarşılaşmasında İspaniyanı sınağa çəkib. Oyun Azərbaycan şahmatçılarının 3,5:0,5 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Azərbaycan qrupda 4-cü yeri tutaraq, 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda bu raundda Gürcüstanla qarşılaşacaq.

Dünya çempionatı

V tur

Azərbaycan - İspaniya - 3,5:0,5

Günay Məmmədzadə - Anna Matnadze - 0,5:0,5

Gülnar Məmmədova - Sabrina Veqa Qutiyeres - 1:0

Ülviyyə Fətəliyeva - Mariya Floris - 1:0

Türkan Məmmədyarova - Marta Qarsiya - 1:0

Xal durumu: Rusiya - 10, Hindistan - 7, Ermənistan - 5, Azərbaycan - 4, Fransa - 2, İspaniya - 2.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi