Dünya çempionatı: Azərbaycanın gimnastika komandası 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın gimnastika komandası 6-cı yeri tutub Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatının final mərhələsində 5 topla hərkətlərdə çıxışını başa vurub.
Fərdi
156
31 Oktyabr , 2021 14:30
Dünya çempionatı: Azərbaycanın gimnastika komandası 6-cı yeri tutub

Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında çıxışını başa vurub.

"Report"un məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv həm 5 topla hərəkətdə, həm də 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 6-cı yeri tutub.

14:02

Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatının final mərhələsində 3 halqa və 2 cüt gürzlərlə hərəkətləri yerinə yetirib.

"Report"un məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv həm 38.650 xal toplayaraq, hələlik 3-cü pillədə yer alıb.

Qeyd edək ki, komanda 5 topla hərkətlərdə 6-cı yeri tutub.

12:55

Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatının final mərhələsində 5 topla hərkətlərdə çıxışını başa vurub.

"Report"un məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv hakimlərdən 38.050 xal alaraq hələlik 2-ci pillədə qərarlaşıb.

Azərbaycan komandası az sonra 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə də final çıxışını yerinə yetirəcək.

Son xəbərlər

Orphus sistemi