Dünya çempionatı: Azərbaycanın fiqurlu konkisürəni növbəti mərhələyə yüksəlib

Dünya çempionatı: Azərbaycanın fiqurlu konkisürəni növbəti mərhələyə yüksəlib 21 yaşlı idmançı qısa proqramda 85.83 xala layiq görülüb
Fərdi
24 Mart , 2022 19:00
Dünya çempionatı: Azərbaycanın fiqurlu konkisürəni növbəti mərhələyə yüksəlib

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Fransanın Montpellier şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Azərbaycan Qış İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 21 yaşlı idmançı qısa proqramda 85.83 xala layiq görülüb.

30 idmançı arasında 13-cü yeri tutan Litvintsev növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqramda iştirak hüququ qazanıb.

Qeyd edək ki, martın 21-də start götürən mundialda Azərbaycanı Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üzərində rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy təmsil edir.

Ryabova martın 25-də sərbəst proqramda çıxış edəcək. Kuznetsova və Kolosovskiy isə 25-26 martda qısa və sərbəst proqramda məharətlərini göstərəcəklər. Dünya çempionatı martın 27-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi