Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisinin ilk rəqibləri bəlli olub

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisinin ilk rəqibləri bəlli olub Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.
Fərdi
19 Sentyabr , 2019 15:06
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisinin ilk rəqibləri bəlli olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycanın növbəti güləşçilərinin ilk rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, 6-cı yarış günündə sərbəst güləşçilərdən Ağahüseyn Mustafayev (70 kq) təsnifat mərhələsində Türkiyə təmsilçisi Heydər Yavuzla üz-üzə gələcək. 74 kq çəki dərəcəsində mübarizə aparan Hacımurad Hacıyev eyni mərhələdə hindistanlı Suşil Kumar ilə qarşılaşacaq.

92 kq çəkidə yarışan Şamil Zubayrov 1/8 finalda türkiyəli Süleyman Karadenizlə görüşəcək. 125 kq çəkidə Cəmaləddin Məhəmmədov isə belaruslu Vitali Plasniyakla güləşəcək.

Qeyd edək ki, dünya çempionatına sentyabrın 22-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi