Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
885
2 Oktyabr , 2021 19:20
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan idmançı Deyvid Teylorla (ABŞ) üz-üzə gəlib.

Qarşılaşmadan məğlub ayrılan Abakarov bürünc medal uğrunda görüşə çıxacaq. O, sabah Əhməd Aybuyev (Fransa) / Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, Azərbaycanın digər iki təmsilçisinin yarışı medalsız başa vuracağı dəqiqləşib.

16:00

Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib. Abakarov finala gedən yolda Deyvid Teylorla (ABŞ) güləşəcək.

74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.

Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi