Dünya çempionatı: Azərbaycanın 1 güləşçisi finalda, 3-ü "bürünc" uğrunda yarışacaq

Dünya çempionatı: Azərbaycanın 1 güləşçisi finalda, 3-ü "bürünc" uğrunda yarışacaq Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
504
5 Noyabr , 2021 20:30
Dünya çempionatı: Azərbaycanın 1 güləşçisi finalda, 3-ü bürünc uğrunda yarışacaq
Əliabbas Rzazadə

Azərbaycanın daha 2 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-23 dünya çempionatında yarımfinal görüşünü keçirib.

"Report"un məlumatına görə, 70 kq-da çıxış edən Murad Yevloyevin rəqibi qırğızıstanlı Ernazar Almataliyev olub. Yevloyev rəqibinə 8:10 hesabı ilə uduzub.

79 kq çəki dərəcəsində yer alan Əşrəf Aşırov isə yarımfinalda rusiyalı Maqomed Maqomayevlə dueldən məğlub ayrılıb - 0:4. Hər 2 güləşçi 3-cü yer uğrunda mübarizə aparacaq.

65 kq-da yarışan Zirəddin Bayramovun 1/4 finalda uduzduğu rusiyalı İbrahim Abdurrəhmanov finala çıxdığından Azərbaycan təmsilçisi təsəlliverici görüşlərə qatılacaq.

Qeyd edək ki, bu gün xalça üzərinə çıxan digər güləşçi İslam İlyasov (97 kq) isə startda rusiyalı Şamil Hacıəliyevə məğlub olaraq mübarizəni dayandırıb.

19:55

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq-da mübarizə aparan idmançı finala gedən yolda hindistanlı Saurab İqave ilə qarşılaşıb.

Rəqibi üzərində qələbə qazanan Rzazadə finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi qırğızıstanlı Bekbolot Mirzənəzər olacaq.

18:12

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 70 kq-da çıxış edən Murad Yevloyev 1/4 finalda tacikistanlı Mustafo Axmedovu məğlub edib.

17:47

Azərbaycanın sərbəst güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, xalça üzərinə çıxan 5 idmançıdan ikisi artıq yarımfinala vəsiqə qazanıb.

57 kq-da Əliabbas Rzazadə 1/4 finalda ermənistanlı Manvel Xndzrtsyana, 79 kq-da isə Əşrəf Aşırov isveçrəli Tanquy Darbellaya qalib gələrək növbəti raunda yüksəliblər.

Son xəbərlər

Orphus sistemi