Dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar

Dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.
Fərdi
185
23 Sentyabr , 2021 19:48
Dünya çempionatı: Azərbaycan güləşçiləri qızıl və gümüş medal qazanıblar

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin dünya çempionatı keçirilib.

"Report" xəbər verir ki, mundialda Azərbaycanı baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edib. Onların hər ikisi fəxri kürsüyə qalxıb.

60 kq-da mübarizə aparan Musa Ağayev ilk görüşdə macarıstanlı Zoltan Mişeyi məğlub edib. Türkiyəli Abdullah Toprakla qarşılaşmada hesab açılmayıb. Rəqibin çəkisi daha az olduğu üçün qələbə ona verilib. Üçüncü görüşdə Rumıniya təmsilçisi Valentin Barbuleskuya heç bir şans tanımayan Ağayev adını yarımfinala yazdırıb. Bu mərhələdə digər yerli güləşçi Daniel Sandunu məyus edən idmançı həlledici qarşılaşmada Topraka uduzaraq gümüş medalla kifayətlənib.

70 kq çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev isə startda Yunanıstan təmsilçisi İlias Karnavasa gücünü göstərib. Ardınca rumıniyalı İosif Yonesku və yunanıstanlı Nikolas Makriyannislə dueldən qalib ayrılan Əliyev yarımfinalda moldovalı Yon Markdan güclü olub. Finalda rumıniyalı Cici Subtiriçaya da eyni aqibəti yaşadan güləşçi dünya çempionu olub.

Qeyd edək ki, Azərbaycan millisi 1 qızıl və 1 bürünc medalla komanda hesabında dünya 3-cüsü olub.

60 kq
1-ci görüş: Musa Ağayev – Zoltan Mişey (Macarıstan) 3:0
2-ci görüş: Musa Ağayev – Abdullah Toprak (Türkiyə) 0:0 (-:+)
3-cü görüş: Musa Ağayev – Valentin Barbulesku (Rumıniya) 3:0
1/2 final: Musa Ağayev – Daniel Sandu (Rumıniya) 3:0
Final: Musa Ağayev - Abdullah Toprak (Türkiyə) 1:3

70 kq
1-ci görüş: Hüseyn Əliyev – İlias Karnavas (Yunanıstan) 3:0
2-ci görüş: Hüseyn Əliyev – İosif Yonesku (Rumıniya) 1:0
3-cü görüş: Hüseyn Əliyev – Nikolas Makriyannis (Yunanıstan) 3:1
1/2 final: Hüseyn Əliyev – Yon Marku (Moldova) 5:0
Final: Hüseyn Əliyev - Cici Subtiriça (Rumıniya) 3:0

Son xəbərlər

Orphus sistemi