Dünya çempionatı: Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.
Fərdi
21 Avqust , 2021 19:12
Dünya çempionatı: Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Sərxan Məmmədov

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib.

Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib.

55 kq-da yarışan Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək bürünc medal qazanıb. Aleksandr Primaçenkoya (Ukrayna) uduzan Laçın Vəliyev (87 kq) isə 5-ci olub.

Son xəbərlər

Orphus sistemi