Dünya çempionatı: Azərbaycan gimnastları fərdi mübarizədə finala yüksələ bilməyiblər

Dünya çempionatı: Azərbaycan gimnastları fərdi mübarizədə finala yüksələ bilməyiblər Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatının ikinci günündə çıxışlarını başa vurublar
Fərdi
28 Oktyabr , 2021 13:09
Dünya çempionatı: Azərbaycan gimnastları fərdi mübarizədə finala yüksələ bilməyiblər

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında finala vəsiqə qazana bilməyib. 

"Report"un məlumatına görə, o, çoxnövçülükdə təsnifat mərhələsini 84,550 xalla 24-cü sırada bitirib. 

Ağamirova "18-liy"ə düşə bilmədiyindən, həlledici mərhələdə iştirak etməyəcək. 

Qeyd edək ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.

11:15

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatının ikinci günündə çıxışlarını başa vurublar.

"Report"un məlumatına görə, Ağamirova lentlə hərəkətlərdə 19,950 xal toplayıb və 12-ci sırada qərarlaşıb. Bu növdə 16,475 xala layiq görülən Bayramova isə 30-cu yerlə kifayətlənməli olub.

Arzu Cəlilova gürzlərlə (21,700) 20-ci yeri tutub. Ağamirova isə bu alətlərdə (22,050) 14-cü pillədə yer alıb.

Onlar "8-liy"ə düşmə şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər.

Ağamirovanın çoxnövçülükdə 4 çıxışdan sonra hələlik 84,550 xalı var. Mundialda 3 alətlə çıxış edən Cəlilova isə 65,650 xala malikdir.

Ağamirovanın çoxnövçülükdə finala vəsiqə qazanıb-qazanmayacağı təsnifat mərhələsinin sonunda bəlli olacaq.

Qeyd edək ki, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası oktyabrın 29-da 5 top, eləcə də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi