Dünya çempionatı: Azərbaycanın 2 boksçusu növbəti mərhələdə, biri uduzub

Dünya çempionatı: Azərbaycanın 2 boksçusu növbəti mərhələdə, biri uduzub Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə başlayıb.
Fərdi
26 Oktyabr , 2021 23:35
Dünya çempionatı: Azərbaycanın 2 boksçusu növbəti mərhələdə, biri uduzub

Azərbaycan boksçusu Rauf Rəhimov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 92 kq-da mübarizə aparan idmançı 1/32 finalda ingiltərəli Luis Uilliamsla üz-üzə gəlib.

Döyüşdən məğlub ayrılan Rəhimov mundialla vidalaşıb.

21:16

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 51 kq-da çıxış edən Məsud Yusifzadə 1/16 finalda monqolustanlı Enxmandağ Xarxuu ilə qarşılaşıb. Rəqibinə qalib gələn idmançı adını 1/8 finala yazdırıb. Onun bu raunddakı rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.

17:44

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Federasiyadan "Report"a verilən məlumata görə, mundialın ikinci gününün gündüz seansında Malik Həsənov qüvvəsini sınayıb.

63,5 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda qvatemalalı Xuan Reyes Donislə üz-üzə gəlib. 5:0 (30:26, 30:26, 30:25, 30:26, 30:26) hesabı ilə qalib gələn Həsənov növbəti mərhələyə yüksəlib.

O, 1/16 finalda ilk görüşdən azad olan Ermənistan təmsilçisi Ovannes Baçkovla qarşılaşacaq. Döyüş oktyabrın 30-da olacaq.

Qeyd edək ki, bu gün axşam seansında Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuu ilə, Rauf Rəhimov (92 kq) isə ingiltərəli Luis Uilliamsla döyüşəcək. İlk yarış günündə Ümid Rüstəmov (57 kq) 1/32 finalda kubalı Osvel Kaballero Qarsiaya uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi