Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə veloyürüş keçiriləcək

Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə veloyürüş keçiriləcək Dekabrın 24-də təşkil olunacaq yürüş saat 10:00-da start götürəcək
Fərdi
105
23 Dekabr , 2017 16:28
Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə veloyürüş keçiriləcək

Bakı. 23 dekabr. REPORT.AZ/ 31 dekabr - dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) dəstəyi ilə "Həmrəylik" veloyürüşü təşkil ediləcək.

“Report” xəbər verir ki, dekabrın 24-də keçiriləcək yürüş saat 10:00-da start götürəcək.

Yürüşdə DTX-nın rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nın velosiped klubunun və AVİF-in velosipedçiləri iştirak edəcəklər.

Start DTX-nın binasının önündə, finiş isə Heydər Əliyev Mərkəzinin yanında olacaq.

Son xəbərlər

Orphus sistemi