​Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüş keçirilib

​Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüş keçirilib Yürüşdə 200-dən artıq həvəskar velosipedçi də iştirak edib
Fərdi
7 Noyabr , 2015 18:08
​Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüş keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, yürüşdə Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvləri ilə yanaşı, 200-dən artıq həvəskar velosipedçi iştirak edib.

İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət ediblər. 16,5 km-lik yürüş paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Veloyürüş başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatıb.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən və birliyimizi əks etdirən yürüş artıq ənənə halını alıb və hər il Dövlət Bayrağı Günü ərəfəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi