Olimpiya çempionu baş məşqçilikdən imtina edib

Olimpiya çempionu baş məşqçilikdən imtina edib "Ukrayna Rikko Qrosso ilə danışıqlar aparıb"
Fərdi
3 Aprel , 2015 20:13
Olimpiya çempionu baş məşqçilikdən imtina edib

Bakı. 3 aprel. REPORT.AZ/ Bialon idman növü üzrə 4 qat Olimpiya çempionu olmuş almaniyalı Rikko Qrosso Ukraynanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi olmaqdan imtina edib. "Report"un məlumatına görə, bu barədə Rusiya Biatlonçular Birliyinin rəhbəri Aleksandr Kravtsov yerli mətbuata açıqlamasında bildirib.

O, Qrossonun Rusiya yığmasına baş məşqçi təyin olunması ilə bağlı verilən suala belə cavab verib: "Ukrayna Biatlon Federasiyası Rikko Qrosso ilə danışıqlar aparıb. Almaniyalı mütəxəssis isə şəxsi səbəblərdən dolayı bu təklifi qəbul edə bilməyəcəyini söyləyib".

Qeyd edək ki, Rikko Qrosso 2010-cu ildən etibarən 4 il müddətinə Almaniyanın qadınlardan ibarət yığma komandasına baş məşqçilik edib. O, 1992, 1994, 1998 və 2006-cı illərdə Olimpiya çempionu adını qazanıb. 2006/07 mövsümündə isə idmançı karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi