Yuxarı
    Bağlamaq

    Dopinq-testdən keçə bilməyən Azərbaycan velosipedçisinin cəza müddəti açıqlanıb

    31 yaşlı idmançı 15 ay müddətinə bütün yarışlarda iştirakdan kənarlaşdırılıb

    Bakı. 22 may. REPORT.AZ/ Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) bu ilin martında analizində qəbulu qadağan olunmuş meldonium maddəsi tapılan Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Maksim Averinlə bağlı qərarını açıqlayıb.

    Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 31 yaşlı idmançı 15 ay müddətinə UCİ bayrağı altında keçirilən bütün yarışlarda iştirakdan kənarlaşdırılıb. Cəza müddəti Maksimin cərrahi əməliyyata məruz qaldığı vaxtdan, yəni 2016-cı ilin dekabr ayından etibarən hesablanır və 2018-ci il martın sonunda başa çatacaq.

    Qeyd edək ki, bu il martın 10-da Xorvatiyada keçirilən birgünlük "İstiran Spring Trophy" yarışı zamanı Maksim Averindən götürülən analiz müsbət nəticə verdiyi üçün, UCİ və Ümumdünya Antdopinq Agentliyi (WADA) tərəfindən meldoniumun hansı məqsədlərlə istifadə olunmasını müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, ötən ilin dekabrında çiynindən əməliyyat olunan Maksim Averin bu preparatdan həkimin tövsiyəsinə əsasən istifadə edib və bu heç bir halda idman nailiyyətlərinin yaxşılaşdırılmasına xidmət etmir. Bu səbəbədən də UCİ qəbulu qadağan edilmiş meldonium prerapatından ehtiyatsız istifadə faktını yüngülləşdirici hal kimi əldə əsas tutaraq uzunmüddətli cəzadan vaz keçib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi