Dopinq maxinasiyasında iştirak edən Avropa çempionu həbs olunub

Dopinq maxinasiyasında iştirak edən Avropa çempionu həbs olunub 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub
Fərdi
25 Oktyabr , 2017 15:52
Dopinq maxinasiyasında iştirak edən Avropa çempionu həbs olunub

Bakı. 25 oktyabr. REPORT.AZ/ 5000 metr məsafəyə qaçış üzrə 2016-cı il Avropa çempionatının ispaniyalı qalibi İlias Fifa həbs olunub. 

"Report"un As nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb Mərakeş əsilli atletin dopinq maxinasiyalarında iştirakıdır. 

Fifanı Kataloniya polisi dopinqlə mübarizə kampaniyası çərçivəsində Santa-Kolomadakı evində həbs edib. Antidopinq əməliyyatını keçirməkdə məqsəd qadağan olunmuş dərman və vasitələrin üzə çıxarılması olub. 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub. 

Qeyd edək ki, İlias Fifa 2016-cı il Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Həmin olimpiadaya Azərbaycan təmsilçisi Hayle İbrahimova da qatılıb. Lakin hər iki atlet 5000 metr məsafəyə qaçışda finala yüksələ bilməyib.

Son xəbərlər

Orphus sistemi