Donald Tramp olimpiadanın təxirə salınmasını təklif etdi

Donald Tramp olimpiadanın təxirə salınmasını təklif etdi ABŞ prezidenti Donald Tramp Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınmasını təklif edib.
Fərdi
13 Mart , 2020 15:40
Donald Tramp olimpiadanın təxirə salınmasını təklif etdi
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınmasını təklif edib. 

"Report"un məlumatına görə, Ağ Evin rəhbəri koronavirusun yayılması ilə bağlı vəziyyəti səbəb göstərib.

O, Oyunlarda insanların olmamasını təsəvvürünə gətirə bilmədiyini söyləyib: "Bəlkə, mümkünsə, olimpiadanı bir il təxirə salmağa gərək var? Hər yerdə boş tribunalar görməkdənsə, bu daha yaxşıdır. Azarkeşsiz yarışmaqdansa, Oyunları bir il sonraya təxirə salmağın daha yaxşı olduğunu düşünürəm". 

Lakin ABŞ prezidenti Yaponiyanın baş naziri Sindzo Abeyə rəsmi tövsiyələr verib-verməyəcəyini açıqlamayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 131 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 152-yə çatıb. Bunların 70 714 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi