Dinq Liren: "Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır"

Dinq Liren: "Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır" Bakı. 20 aprel. REPORT.AZ/ Debütdən sonra üstünlük qazanmadım. 15 gedişdən sonra belə partiyada dəyişiklik görmədim. Bərabər səviyyəli oyun oldu. Belədə ki, partiyanı uzatmağa ehtiyac yox idi. Onsuz da heç-heçə olacaqdı. Fikrimcə, 5 saat da oynasaydıq, qalib gəlmək mümkün deyildi.
Fərdi
20 Aprel , 2018 20:05
Dinq Liren: Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır

Bakı. 20 aprel. REPORT.AZ/ "Debütdən sonra üstünlük qazanmadım. 15 gedişdən sonra belə partiyada dəyişiklik görmədim. Bərabər səviyyəli oyun oldu. Belədə ki, partiyanı uzatmağa ehtiyac yox idi. Onsuz da heç-heçə olacaqdı. Fikrimcə, 5 saat da oynasaydıq, qalib gəlmək mümkün deyildi".

"Report"un məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" superturnirinin II turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə edən Çin şahmatçısı Dinq Liren mətbuat konfransında deyib. 

26 yaşlı qrossmeyster "Shamkir Chess 2018" superturnirinin təşkilatçılığı barədə xoş sözlər söyləyib: "Şəmkir şəhəri çox xoşuma gəlir. Təşkilatçılıq yüksək səviyyədədir. Otelimiz çox böyük deyil. Çində, adətən, iştirak etdiyim yarışlar çox böyük otellərdə olur. Amma Şəmkirdəki mehmanxana kiçikdir. Ətrafında gözəl park var. Hər gün orada gəzməyi xoşlayıram. Sadəcə, otelin həyətində çoxlu sayda maşın olduğu üçün orada rahat gəzmək mümkün deyil".

Berlində İddiaçılar Turnirində Şəhriyar Məmmədyarov üzərində qələbəni xatırlayan Dinq Liren həmin partiyadan sonra Azərbaycanda daha çox tanınmasına münasibət bildirib: "Şəhriyarla oyun yadımdadır. Bütün görüşlərdə heç-heçə oynadım. Yalnız Məmmədyarova qalib gəldim. Həmin oyunda Şəhriyar risk etdiyi üçün səhvə yol verdi. Bunu görməyə bilməzdim. Adətən, yarışlarda öz oyunum haqqında düşünürəm. Rəqiblər mənim üçün maraqlı olmur. Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldır. Çünki ölkəniz Şəhriyara dəstək olurdu. Mən ona qalib gəlməklə diqqətə səbəb oldum. Səbrsizliklə Şəmkirdəki oyunu gözləyirəm".

Son xəbərlər

Orphus sistemi