Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.
Fərdi
13 Fevral , 2020 20:37
Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında - YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi Mimi Nikolova Xristova (Bolqarıstan) olacaq.

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda Belarus idmançısı Veranika İvanova ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varansova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından onlar bürünc medal uğrunda görüşlərə qatılmaq hüququ qazanıblar.

Qeyd edək ki, medal görüşləri sabah keçiriləcək.

Avropa çempionatı

53 kq

Təsnifat. Tatyana Varansova - Marina Rueda Flores (İspaniya) - 8:5

1/8 final. Tatyana Varansova - Cesika Korneliya Blaşka (Niderland) - 0:10

Təsəlliverici görüş: Tatyana Varansova - Suzanna Georgiana Seykariu (Rumıniya)

57 kq

1/4 final. Alyona Kolesnik - Qreys Cekob Bullen (Norveç) - 0:5 (tuşe)

Bürünc medal görüşü: Alyona Kolesnik - İrina Kuraçkina (Belarus)

62 kq

Təsnifat. Tatyana Omelçenko - Aurora Kampaqna (İtaliya) - 3:0

1/4 final. Tatyana Omelçenko - Marianna Sastin (Macarıstan) - 5:3

1/2 final. Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) - 0:4

Bürünc medal görüşü. Tatyana Omelçenko - Veranika İvanova (Belarus)

65 kq

1/4 final. Elis Manolova - Petra Olli (Finlandiya) - 8:1

1/2 final. Elis Manolova - Mariya Kuznetsova (Rusiya) - 7:3

Final. Elis Manolova - Mimi Nikolova Xristova (Bolqarıstan)

Xatırladaq ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçisinin hamısı medalsız qalıb. 


***17:12

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının dördüncü yarış günündə qadınlardan ibarət Azərbaycan yığmasının son 4 üzvü mübarizəyə qoşulub.

“Report”un məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisi ilə üz-üzə gəlib.

Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olmasına baxmayaraq, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb – 8:5. Lakin o, 1/8 finalda Hollandiya güləşçisi Cesika Korneliya Blaşka qarşısında aciz qalıb.

57 kq-da mübarizə aparan Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub – 0:5.

62 kq-da Tatyana Omelçenko təsnifat mərhələsində italiyalı güləşçi Aurora Kampaqnaya qalib gəlib. Yığma üzvü 1/4 finalda Macarıstan təmsilçisi Marianna Sastini 5:3 hesabı ilə üstələyərək adını yarımfinala yazdırıb. Omelçenkonun finala gedən yolda rəqibi ukraynalı Yuliya Tkaç olacaq.

Mübarizəyə 1/4 finaldan qoşulan 65 kq çəkili Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Manolova ötən il Rumıniyanın paytaxtı Buxarestdəki analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gələrək, yarımfinala adlayıb. Manolovanın bu mərhələdəki rəqibi rusiyalı Mariya Kuznetsova olacaq.

Avropa çempionatı

53 kq

Təsnifat. Tatyana Varansova - Marina Rueda Flores (İspaniya) - 8:5

1/8 final. Tatyana Varansova - Cesika Korneliya Blaşka (Niderland) - 0:10

57 kq

1/4 final. Alyona Kolesnik - Qreys Cekob Bullen (Norveç) - 0:5 (tuşe)

62 kq

Təsnifat. Tatyana Omelçenko - Aurora Kampaqna (İtaliya) - 3:0

1/4 final. Tatyana Omelçenko - Marianna Sastin (Macarıstan) - 5:3

1/2 final. Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna)

65 kq

1/4 final. Elis Manolova - Petra Olli (Finlandiya) - 8:1

1/2 final. Elis Manolova - Mariya Kuznetsova (Rusiya)

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan Azərbaycanın 4 qadın güləşçisinin hamısı medalsız qalıb.  


*** 09:24

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

"Report"un məlumatına görə, yarışın 4-cü günündə Azərbaycanın daha 4 qadın güləşçisi mübarizəyə qoşulacaq. 53 kq çəki dərəcəsindəki Tatyana Varansova təsnifat mərhələsində Marina Rueda-Flores (İspaniya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (57 kq) 1/4 finalda Qreys Bullen (Norveç) qarşılaşacaq.

Tatyana Omelçenko (62 kq) 1/8 finalda Aurora Kampanya (İtaliya) ilə, Elis Manolova (65 kq) isə Petra Olli (Finlandiya) ilə güləşəcək.

Qeyd edək ki, digər qadın güləşçi Sabirə Əliyeva bu gün təsəlliverici görüşə qatılacaq. Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq) və İrina Netreba (68 kq) uduzduqları və rəqibləri finala çıxmadıqları üçün mübarizəni dayandırıblar. 

Azərbaycan yunan-Roma güləşçiləri isə Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.

Son xəbərlər

Orphus sistemi