DÇ-2022: Türkiyə yığması qalib gəldi, Portuqaliya qələbəni əldən verdi - YENİLƏNİB-2

DÇ-2022: Türkiyə yığması qalib gəldi, Portuqaliya qələbəni əldən verdi - YENİLƏNİB-2 Monteneqro evdə Cəbəllütariqi məğlubiyyətə uğradıb
Fərdi
28 Mart , 2021 01:37
DÇ-2022: Türkiyə yığması qalib gəldi, Portuqaliya qələbəni əldən verdi - YENİLƏNİB-2

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində II turun ilk oyun gününə yekun vurulub.

"Report"un məlumatına görə, son 4 qarşılaşmadan 2-si Azərbaycan millisinin yer aldığı A qrupuna təsadüf edib. Serbiya yığması Portuqaliya ilə görüşdə əzmkar heç-heçəyə nail olub.

Uzatma dəqiqələrində Nikola Milenkoviç qırmızı vərəqə alaraq, Serbiya millisini azlıqda qoyub. Beləliklə, o, martın 30-da Bakıda Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcək.

Daha bir maraqlı məqam Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldunun final fiti ərəfəsində təmiz qolunun hesaba alınmaması olub.

İrlandiya isə öz meydanında gözlənilmədən Lüksemburqa uduzub.

E qrupunda Çexiya Belçika ilə görüşdən 1:1, H qrupunda isə Slovakiya Malta ilə qarşılaşmadan 2:2 hesablı heç-heçə ilə ayrılıb.

DÇ-2022, seçmə mərhələ
II tur
27 mart

A qrupu
23:45. Serbiya - Portuqaliya - 2:2

Qollar: Aleksandar Mitroviç, 46. Filip Kostiç, 60 - Dioqu Jota, 11; 36

Qırmızı vərəqə: Nikola Milenkoviç, 90+2 (Serbiya)

23:45. İrlandiya - Lüksemburq - 0:1

Qol: Gerson Rodriges, 85

Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3 (1), İrlandiya - 0, Azərbaycan - 0 (1)

E qrupu

21:00. Belarus - Estoniya - 4:2

Qollar: Vitali Lisakoviç, 45 (pen.); 83. Yuri Kendış, 64. Pavel Savitski, 81 - Henri Anier, 31; 55

Qırmızı vərəqə: Karl Oyqus, 77 (Estoniya)

23:45. Çexiya - Belçika - 1:1

Qollar: Lukaş Provod, 50 - Romelu Lukaku, 60

Xal durumu: Çexiya - 4, Belçika - 4, Belarus - 3 (1), Uels - 0 (1), Estoniya - 0

G qrupu
18:00. Monteneqro - Cəbəllütariq - 4:1

Qollar: Fatos Beçiray, 26. Marko Simiç, 43. Jarko Tomaşeviç, 53. Stevan Yovetiç, 80 - Ris Stayx, 30 (pen.)

21:00. Norveç - Türkiyə - 0:3

Qollar: Ozan Tufan, 4; 59. Çağlar Söyüncü, 28

Qırmızı vərəqə: Kristian Torstvedt, 80 (Norveç)

21:00. Niderland - Latviya - 2:0

Qollar: Stiven Berqyoys, 32. Lük de Yonq, 69

Xal durumu: Türkiyə - 6, Monteneqro - 6, Niderland - 3, Norveç - 3, Latviya - 0, Cəbəllütariq - 0

H qrupu
18:00. Rusiya - Sloveniya - 2:1

Qollar: Artyom Dzyuba, 26, 35 - Yosip İliçiç, 36

21:00. Xorvatiya - Kipr - 1:0

Qol: Mario Pasaliç, 40

23:45. Slovakiya - Malta - 2:2

Qollar: David Strelets, 49. Milan Şkrinyar, 53 - Lük Qembin, 16. Aleksander Satariano, 20

Xal durumu: Rusiya - 6, Sloveniya - 3, Xorvatiya - 3, Slovakiya - 2, Kipr - 1, Malta - 1.

22:53

Futbol üzrə 2022-ci dünya çempionatının təsnifat mərhələsində II turun daha 4 oyunu keçirilib.

"Report"un məlumatına görə, G qrupunda mübarizə aparan Türkiyə millisi Norveçin qonağı olub. Şenol Güneşin baş məşqçi olduğu komanda rəqibini 3:0 hesabı ilə üstələyib. Qrupun digər matçında Niderland Latviyanı yenib - 2:0.

"Ay-ulduzlular" bu nəticədən sonra xalını 6-ya çatdırıb.

19:52

Futbol üzrə 2022-ci dünya çempionatının təsnifat mərhələsində II tura start verilib.

"Report"un məlumatına görə, günün ilk iki matçında qarşılıqlı qollar qeydə alınıb.

H qrupunda Rusiya Sloveniyanı qəbul edib. Qarşılaşma şimal qonşumuzun 2:1 hesablı qələbəsi ilə bitib.

Rusiyanın heyətində Artyom Dzyuba 26 və 35-ci dəqiqələrdə fərqlənib. Yosip İliçiç 36-cı dəqiqədə fərqi azaldıb. Meydan sahibləri qələbə sayəsində 6-cı xalını qazanıb. Sloveniyanın isə 3 xalı var.

G qrupunda isə Monteneqro evdə Cəbəllütariqi məğlubiyyətə uğradıb - 4:1. Meydan sahibləri 6-cı xalını qazanıbsa, qonaqların xalı yoxdur.

Son xəbərlər

Orphus sistemi