Daniel Rikkardonun “Red Bull”dan gedişinə Bakıdakı qəza səbəb olub - VİDEO

Daniel Rikkardonun “Red Bull”dan gedişinə Bakıdakı qəza səbəb olub - VİDEO Bakı. 13 fevral. REPORT.AZ/ “Formula 1” pilotu Daniel Rikkardonun Avstriya “Red Bull”unu tərk etməsinin səbəblərindən biri 2018-ci il Azərbaycan Qran-prisində sabiq komanda yoldaşı Maks Ferstappenlə toqquşması olub.
Fərdi
13 Fevral , 2019 12:25
Daniel Rikkardonun “Red Bull”dan gedişinə Bakıdakı qəza səbəb olub - VİDEO

Bakı. 13 fevral. REPORT.AZ/ “Formula 1” pilotu Daniel Rikkardonun Avstriya “Red Bull”unu tərk etməsinin səbəblərindən biri 2018-ci il Azərbaycan Qran-prisində sabiq komanda yoldaşı Maks Ferstappenlə toqquşması olub.

“Report” xəbər verir ki, 30 yaşlı avstraliyalı sürücü bu barədə BBC-yə bildirib. Onun sözlərinə görə, komanda rəhbərliyinin hər iki pilotu eyni səviyyədə təqsirli bilməsi qərarına təsir edib: “Həmin insidentlə bağlı narazılığımı bildirmək istəmirdim. “Red Bull”dan getmək qərarımda bu qəzanın hansı rolu oynadığını deyə bilmərəm. Amma bu, çoxsaylı səbəblərdən biri oldu. Yarış zamanı Maksla bunu nəzakətlə müzakirə etdik. Düzdür, mən Maksı arxadan vurdum, lakin onun necə manevr etdiyini hər kəs gördü. Özümü günahkar bilmirdim. Ancaq sonra hiss etdim ki, komanda hər ikimizdə bərabər səviyyədə günah görür. Bəlkə də, çox tərsəm, amma günahın bərabər olduğunu düşünmürəm. Bu məqam məni narahat edirdi və getməklə bağlı qərar verən zaman səbələrdən biri oldu”.

Qeyd edək ki, 2017-ci il Azərbaycan Qran-prisinin qalibi olan D.Rikkardo ötən mövsüm komanda yoldaşı M.Ferstappenlə toqquşub və hər iki pilot yarışı yarımçıq dayandırıb. Avstraliyalı pilot yeni mövsümdə Fransanın "Renault" komandasının heyətində yer alacaq.

Son xəbərlər

Orphus sistemi