"Dakar" rallisi zamanı motosikletçini ildırım vurub

"Dakar" rallisi zamanı motosikletçini ildırım vurub İdmançı ayağından birini motosikldən yerə qoyaraq faciədən qurtulub
Fərdi
5 Yanvar , 2017 13:34
Dakar rallisi zamanı motosikletçini ildırım vurub

Bakı. 5 yanvar. REPORT.AZ/ Cənubi Amerikada keçirilən "Dakar" ralli marafonunda slovakiyalı motosikletçi İvan Yakeşi ildırım vurub. "Report"un Slovakiya radiosuna istinadən verdiyi məlumata görə, insident Argentinanın San-Salvador-de-Jujuy şəhəri yaxınlığında rallinin üçüncü mərhələsi zamanı yaşanıb. 

İdmançı ayağından birini motosikldən yerə qoya bilib. Bunun sayəsində elektrik cərəyanı ona təsir etməyib. Hazırda Yakeş özünü yaxşı hiss edir və rallidə iştirakını davam etdirmək arzusundadır. Bu məsələ onun kompleks müayinəsindən sonra həllini tapacaq. 

521 km məsafəlik növbəti mərhələ yürüşü bu gün San-Salvador-de-Jujay və Tupisa şəhərləri arasında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi