Azərbaycan güləşçilər 1 gümüş, 1 bürünc və olimpiadaya 3 lisenziya qazanıb - YENİLƏNİB

Azərbaycan güləşçilər 1 gümüş, 1 bürünc və olimpiadaya 3 lisenziya qazanıb - YENİLƏNİB Saman Təhmasibi və Mariya Stadnik Dünya çempionatının yarımfinalına yüksəlib
Fərdi
10 Sentyabr , 2015 04:12
Azərbaycan güləşçilər 1 gümüş, 1 bürünc və olimpiadaya 3 lisenziya qazanıb - YENİLƏNİB

İlk xəbər 02:58-də dərc olunub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatların Las-Veqas şəhərində 2016-cı ildə Rio-de Janeyroda (Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.

"Report" Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, ilk iki yarış gününün yekunlarına əsasən, güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq), Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş medala yiyələnib.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 85 kq, qadın güləşi üzrə 48, 53 və 69 kq. çəkidə idmançılar mübarizəyə qoşulub. Yarışların yarımfinal mərhələsinə çıxan Saman Təhmasibi (81 kq), Mariya Stadnik (48 kq) və Anjela Doroqan da Olimpiadaya vəsiqə qazananlar sırasına qoşulub.

85 kq 

1/16 final. Saman Təhmasibi - Brandao Sant (Braziliya) - 8:0
1/8 final. Saman Təhmasibi - Hristo Diyanov Marinov (Bolqarıstan) - 7:3
1/4 final. Saman Təhmasibi - Davit Çakvetadze (Rusiya) - 8:0
1/2 final. Saman Təhmasibi - Yan Belenyuk (Ukrayna) - 1:3
Bürünc medal görüşü: Viktor Lorincz (HUN) Saman Təhmasibi - 1:2

48 kq 

1/16 final. Jessica Blazka (Hollandiya) - Mariya Stadnik - 0:11
1/8 final. Talia Jihan Malqui Peçe (Peru) - Mariya Stadnik - 0:10
1/4 final. Mariya Stadnik - Tatyana Amanjol-Bakatyuk (Qazaxıstan) - 11:4
1/2 final. Mariya Stadnik - Hui Li (Çin) - təmiz qələbə
FİNAL. Mariya Stadnik - Eri Tosaka (Yaponiya) - 2:3

53 kq 

1/16 final. Anjela Doroqan - Lenka Hoçkova Martinova (Çexiya) - 5:0
1/8 final. Qomes Gerreyro (Portuqaliya) - Anjela Doroqan - 0:11
1/4 final. Saori Yoşida (Yaponiya) - Anjela Doroqan - 11:0
Təsəlliverici görüş: Thii Lua Nquyen (Vyetnam) - Anjela Doroqan - 2:3
Bürünc medal görüşü: Anjela Doroqan - M.Yonq (KXDR) - 2:13

69 kq

1/16 final. Elis Manolova - E.Sizdikova (Qazaxıstan) - 3:4

Qeyd edək ki, dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılır. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk "5-liy"ə düşən idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edir.

Son xəbərlər

Orphus sistemi