Daha bir rusiyalı idmançı dopinqə görə cəza aldı

Daha bir rusiyalı idmançı dopinqə görə cəza aldı Rusiyalı atlet Maksim Aleksandrov 4 il müddətinə cəzalandırılıb.
Fərdi
316
22 İyul , 2020 16:10
Daha bir rusiyalı idmançı dopinqə görə cəza aldı

Rusiyalı atlet Maksim Aleksandrov 4 il müddətinə cəzalandırılıb. 

"Report"un məlumatına görə, 26 yaşlı idmançı Rusiya Antidopinq Agentliyi (RUSADA) tərəfindən cəzaya məruz qalıb. RUSADA Aleksandrovda dopinq aşkarlayıb. 

Onun diskvalifikasiyası 2019-cu il avqustun 14-dən başlayır. İdmançının həmin müddətdən sonrakı nəticələri ləğv edilib. 

Qeyd edək ki, Maksim Aleksandrov 1 500 m məsafəyə qaçışda Rusiya çempionatında 4-cü yeri tutmuşdu.

Son xəbərlər

Orphus sistemi