Daha bir nüfuzlu yarış Rusiyadan alınıb

Daha bir nüfuzlu yarış Rusiyadan alınıb Buzüstü xokkey üzrə 2023-cü il Dünya Çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.
Fərdi
26 Aprel , 2022 18:24
Daha bir nüfuzlu yarış Rusiyadan alınıb

Buzüstü xokkey üzrə 2023-cü il Dünya Çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, qərar ilk növbədə bütün idmançıların, rəsmilərin, medianın və azarkeşlərin təhlükəsizliyi və rifahı üçün qəbul edilib.

Mundial 5 - 21 mayda Sankt-Peterburqda keçirilməli idi. Yarışın yeni məkanı ilə bağlı qərar bu il mayın 13-dən 29-dək Finlandiyada baş tutacaq dünya çempionatı zamanı IIHF konqresində veriləcək.

Qeyd edək ki, Beynəlxalq Buzüstü Hokkey Federasiyası daha əvvəl Rusiyanı gənclər arasında dünya çempionatını təşkil etmək hüququndan məhrum edib.

Son xəbərlər

Orphus sistemi