Daha bir məkanda "Formula 1"in keçirilməyəcəyi təsdiqləndi

Daha bir məkanda "Formula 1"in keçirilməyəcəyi təsdiqləndi Bu il Almaniyanın Hokkenhaym avtodromunda "Formula 1" yarışı keçirilməyəcək.
Fərdi
462
23 İyul , 2020 17:30
Daha bir məkanda Formula 1in keçirilməyəcəyi təsdiqləndi

Bu il Almaniyanın Hokkenhaym avtodromunda "Formula 1" yarışı keçirilməyəcək. 

"Report"un məlumatına görə, bu barədə "Autosport" nəşrinə avtodromun direktoru Yorn Teske məlumat verib. 

Almaniya tərəfi Qran-priyə ev sahibliyi etmək niyyətində olsa da, sonradan razılıq əldə olunmayıb. Buna azarkeş sayının məhdudlaşdırılması səbəb göstərilib. 

Nəşr iddia edir ki, Nürburqrinq avtodromunun rəhbərliyi hazırda "Formula 1"lə danışıqları davam etdirir. Lakin bu, avtodrom üçün iqtisadi əhəmiyyət kəsb etməlidir.

Qeyd edək ki, bu il 5 - 7 iyunda Bakıda keçirilməli olan Azərbaycan Qran-prisi ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi