Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı

Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Fərdi
150
11 İyun , 2021 23:21
Daha bir karateçimiz olimpiadaya lisenziya qazandı

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı bu nailiyyətə Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində imza atıb.

O, bürünc medal görüşündə serbiyalı Stefan Cokiç üzərində 3:2 hesablı qələbə sayəsində olimpiadaya vəsiqəyə yiyələnib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi