Daha bir "Formula 1" yarışı ləğv olundu

Daha bir "Formula 1" yarışı ləğv olundu Noyabrda keçirilməsi planlaşdırılan "Formula 1" üzrə Vyetnam Qran-prisi ləğv edilib.
Fərdi
16 Oktyabr , 2020 12:18
Daha bir Formula 1 yarışı ləğv olundu
0 : 00
0 : 00

Noyabrda keçirilməsi planlaşdırılan "Formula 1" üzrə Vyetnam Qran-prisi ləğv edilib.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu addım koronavirus pandemiayası ilə əlaqədar atılıb. Təşkilatçılar pilotlara, komandalara və azarkeşlərə təhlükəsiz şərait yaratmağa çətinlik çəkdikləri üçün mərhələ ləğv olunub.

Qeyd edək ki, Vyetnamda Hanoy trasında keçirilməsi planlaşdırılan yarış 3 - 5 apreldə olmalı idi. Pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınan Qran-prinin noyabrda baş tuta biləcəyi açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi