Daha bir dünya çempionatı ləğv olundu

Daha bir dünya çempionatı ləğv olundu Kanadada 18-22 aprel tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.
Fərdi
16 Aprel , 2020 21:12
Daha bir dünya çempionatı ləğv olundu

Kanadada 18-22 aprel tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bu yarışla yanaşı, Seulda keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.

Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi