Daha bir cüdoçumuz koronavirusa yoluxdu

Daha bir cüdoçumuz koronavirusa yoluxdu 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy koronavirus testi müsbət çıxdığı üçün yarışı buraxacaq
Fərdi
139
13 Aprel , 2021 15:10
Daha bir cüdoçumuz koronavirusa yoluxdu

Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatında iştirak etməyəcək.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Davud Məmmədsoy koronavirus testi müsbət çıxdığı üçün yarışı buraxacaq.

Daha əvvəl 73 kq-dakı Rüstəm Orucovun infeksiyaya yoluxduğu üçün yarışa yollanmayacağı bəlli olub.

Azərbaycanı Avropa çempionatında 9 idmançı təmsil edəcək. Kişilərin mübarizəsində 8, qadınların yarışında isə 1 cüdoçu qüvvəsini sınayacaq. Lissabona Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı 16 - 18 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi