​Daha bir Azərbaycan idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

​Daha bir Azərbaycan idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb Bu atletikanın çəkicatma növündə yer alan Dmitri Marşindir
Fərdi
24 May , 2015 00:36
​Daha bir Azərbaycan idmançısı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanın daha bir idmançısı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs atletikanın çəkicatma növündə yer alan Dmitri Marşindir. 42 yaşlı idmançı bu uğura Belarusun paytaxtı Minskdə keçirilmiş Tələbələrin Respublika Universiadasında nail olub. O, çəkicatmada 28.52 m nəticə ilə Rio Olimpiadasına lisenziya qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Olimpiadaya 2-ci lisenziyası olub. Daha öncə boksçu Albert Səlimov WSB Liqasında 60 kq. çəki dərəcəsində reytinq siyahısını ilk pillədə tamamlayaraq, ilk vəsiqəyə sahib olub.

Son xəbərlər

Orphus sistemi