Yuxarı

Daha bir Azərbaycan güləşçisi Almaniya Qran-prisində qızıl medal qazanıb

Rafiq Hüseynov finalda rusiyalı rəqibini məğlub edib

Bakı. 2 iyul. REPORT.AZ/ Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir.

"Report" xəbər verir ki, Azərbaycan komandası yarışda ikinci qızıl medalını qazanıb.

Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya təmsilçisi Çingiz Labazanov olub və Rafiq Hüseynov Çingiz Labazanovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

75 kq
1/8 final - Rafiq Hüseynov - Berq Sebastlan (SWE) 9:0
1/4 final - Varga Oldrich(CZE) - Rafiq Hüseynov 2:9
1/2 final - Vilson Jayson (USA) - Rafiq Hüseynov 2:12
FİNAL - Rafiq Hüseynov - Çingiz Labazanov (RUS).

Bundan əvvəl 97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov qızıl medal qazanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi