Dağ xizəkçisi Dünya Kubokunda ağır zədə aldı

Dağ xizəkçisi Dünya Kubokunda ağır zədə aldı Norveçli dağ xizəkçisi Kaysa Vikoff Li İtaliyanın Val-di-Fassa şəhərində keçirilən Dünya Kuboku mərhələsində supergiqant slalom yarışında ağır zədə alıb.
Fərdi
28 Fevral , 2021 17:28
Dağ xizəkçisi Dünya Kubokunda ağır zədə aldı

Norveçli dağ xizəkçisi Kaysa Vikoff Li İtaliyanın Val-di-Fassa şəhərində keçirilən Dünya Kuboku mərhələsində supergiqant slalom yarışında ağır zədə alıb.

"Report"un məlumatına görə, 22 yaşlı idmançı dağdan eniş zamanı yıxılaraq, qoruyucu tora çırpılıb. O, ağrıdan qışqırmağa başlayıb.

Nəticədə yarış dayandırılıb və zərərçəkən helikopterlə təxliyə olunub.

Qeyd edək ki, Kaysa Vinkoff Li dağ xizəkçiliyi üzrə Dünya Kubokunda ümumi hesabda 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi