Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək

Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək Zala ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq
Fərdi
22 Aprel , 2021 18:19
Cüdoçularımızın qatılacağı turnir azarkeşlərlə keçiriləcək

Rusiyanın Kazan şəhərindəki cüdo üzrə Böyük Dəbilqə turniri azarkeşlərin iştirakı ilə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görülməklə, zala ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.

Qeyd edək ki, 5-7 mayda təşkil olunacaq Böyük Dəbilqədə Azərbaycan cüdoçuları da qüvvəsini sınayacaq.

Son xəbərlər

Orphus sistemi