Cüdo millimizin qatılacağı yarışların vaxtı açıqlandı

Cüdo millimizin qatılacağı yarışların vaxtı açıqlandı Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək
Fərdi
463
28 Avqust , 2020 11:42
Cüdo millimizin qatılacağı yarışların vaxtı açıqlandı

Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək.

"Report"un Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Macarıstan paytaxtı mərhələni oktyabrın ikinci yarısında qəbul edəcək. 2021-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkil olunacağı Yaponiya paytaxtında bu mərhələ dekabrda olacaq. Qətərində paytaxtında isə yarış 2021-ci ilin əvvəlində nəzərdə tutulub. 

Bütün turnirlərin zəruri epidemioloji ehtiyat tədbirlərinə riayət etməklə keçiriləcəyi bildirilib. Təşkilatçılar isə istənilən ölkədən iştirakçıları qəbul etməyə hazırdırlar. 

Hər üç yarış Tokio olimpiadasına lisenziya xarakterli olacaq. Tokio Yay və Paralimpiya Oyunları 2021-ci il  23 İyul - 8 avqustda gerçəkləşəcək.

Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu, lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.  

Son xəbərlər

Orphus sistemi