EYOF: Azərbaycan cüdoçuları ilk günü bir qızıl, iki bürünc medalla başa vurub - FOTO

EYOF: Azərbaycan cüdoçuları ilk günü bir qızıl, iki bürünc medalla başa vurub - FOTO Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Fərdi
24 İyul , 2019 18:05
EYOF: Azərbaycan cüdoçuları ilk günü bir qızıl, iki bürünc medalla başa vurub - FOTO

Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Rizvan Maqomadovla üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan R.Bayramov qızıl medal qazanıb.

55 kq-da yarışan Şükran Zamanlı bürünc medal uğrunda görüşdə ukraynalı Vladislav Kolobova qalib gələrək medalçılar sırasına düşə bilib.

Qadınların mübarizəsində isə Gülşən Bəşirova (44 kq) bürünc medal qarşılaşmasında hollandiyalı Joşlin Supusepanı məğlub edib. 48 kq-dakı Səbinə Əliyeva bürünc medal görüşündə belçikalı Selin Diriksə uduzub.

Foto: Firudin Səlimov

Son xəbərlər

Orphus sistemi