Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk gününü medalsız başa vurub

Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk gününü medalsız başa vurub Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk gününü medalsız başa vurublar.
Fərdi
22 Fevral , 2019 16:28
Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirinin ilk gününü medalsız başa vurub

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk gününü medalsız başa vurublar.

"Report" xəbər verir ki, yarışa bu gün qoşulan tatami ustalarının hamısı turnirlə erkən vidalaşıb. 

Kişilərin mübarizəsində ən yaxşı nəticəni Davud Məmmədsoy göstərə bilib. 60 kq çəkidə mübarizə aparan cüdoçu 1/16 finalda Hon Konq təmsilçisi Martin Launu məğlub etsə də, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə uduzub.

66 kq-da yarışan Orxan SəfərovNicat Şıxəlizadə hərəyə bir rəqibini üstələsələr də, 1/16 finalda mübarizəni dayandırıblar.

Qadınların yarışında isə 48 kq çəki dərəcəsində 1/16 finaldan mübarizəyə qoşulan Aişə QurbanlıƏliyeva Leyla, 52 kq-da 1/32 final mərhələsindən mübarizəyə başlayan Gültac Məmmədəliyeva (52 kq) və 57 kq-da 1/16 finaldan çıxışına start verən İçinxorlu Munxtsedev ilk görüşdə uduzub.  

"Böyük Dəbilqə"

Kişilər

60 kq

1/8 final. Davud Məmmədsoy - Luxumi Çxvimiani (Gürcüstan)

1/16 final. Davud Məmmədsoy - Martin Lau (Honq Konq)

66 kq

1/16 final. Nicat Şıxəlizadə - Yanq Cin Ham (Cənubi Koreya)

1/32 final. Nicat Şıxəlizadə - Bojidar Temelkov (Bolqarıstan)

1/16 final. Orxan Səfərov - Tal Flikker (İsrail)

1/32 final. Orxan Səfərov - Joao Krisostomo (Portuqaliya)

Qadınlar

48 kq

1/16 final. Aişə Qurbanlı - Natalya Bricida (Braziliya)

1/16 final. Əliyeva Leyla - Milika Nikoliç (Serbiya)

52 kq

1/32 final. Gültac Məmmədəliyeva - Alesya Kuznetsova (Rusiya)

57 kq

1/16 final. İçinxorlu Munxtsedev - Rafaela Silva (Braziliya) 

Son xəbərlər

Orphus sistemi