Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı 

Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı  Çex Respublikasının Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
Fərdi
17 İyul , 2021 23:20
Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı 

Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.

"Report" xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub.

Rəşad Quluzadə (66 kq) da eyni nəticəni göstərib.

Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.

Beləliklə, gənclərdən ibarət milli komanda Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa Kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.

Son xəbərlər

Orphus sistemi