Cüdoçu Hidayət Heydərov Qran Pridə bürünc medal qazanıb

Cüdoçu Hidayət Heydərov Qran Pridə bürünc medal qazanıb Türkiyədə cüdo üzrə Qran Pri yarışı davam edir
Fərdi
8 Aprel , 2017 20:41
Cüdoçu Hidayət Heydərov Qran Pridə bürünc medal qazanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində cüdo üzrə Qran Pri yarışı davam edir.

“Report”un məlumatına görə, turnirin ikinci günündə tatamiyə çıxan Azərbaycan milli komandasının üç üzvündən yalnız biri – Hidayət Heydərov fəxri kürsüyə yüksələ bilib.

73 kq çəki dərəcəsində çıxış edən cüdoçu ilk cəhddə Laşa Lomidzeyə (Rusiya) qalib gəlib, 1/4 finalda Hasan Vanlıoğluna (Türkiyə) uduzduqdan sonra təsəlliverici görüşdə Xadbatar Naranxunu (Monqolustan) üstələyib.

Bu gün mübarizə aparan digər cüdoçulara gəlincə, Gülsədəf Kərimova (63 kq) ilk görüşdə uduzub. Hüseyn Rəhimli (73) isə Hyunsu Parka (Cənubi Koreya) qalib gəlsə də, 1/8 finalda Rok Draksiçə (Slovakiya) yenilərək, medal əldə etmək şansını itirib.

Qeyd edək ki, ilk yarış günündə tatami üzərinə çıxan 7 cüdoçudan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. 52 kq çəki dərəcəsində yer alan Nəzakət Əzizova bürünc medala sahib olub.

Turnirə aprelin 10-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi