Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib

Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib Yarışda 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır
Fərdi
116
15 Noyabr , 2017 20:10
Cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib
Judo.az

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 18 yaşadək yeniyetmələr arasında  Azərbaycan birinciliyinə start verilib.

“Report” xəbər verir ki, üç gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular çıxış edir.

Yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi