Cüdo üzrə milli komandanın üzvləri referendumda səs verib

Cüdo üzrə milli komandanın üzvləri referendumda səs verib Səsvermədə idmançılar və məşqçilər iştirak edib
Fərdi
26 Sentyabr , 2016 14:36
Cüdo üzrə milli komandanın üzvləri referendumda səs verib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Şəmkir Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan cüdo üzrə Azərbaycan milli komandasının üzvləri referendumda səs veriblər. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, toplanışda olan idmançılar və məşqçilər səsvermə hüququndan istifadə ediblər.

Onlar Şəmkir şəhərinin 98 saylı seçki dairəsinin 6 saylı seçki məntəqəsində səs veriblər.

Qeyd edək ki, sentyabrın 26-da səhər saat 08.00-da Azərbaycanın bütün ərazisində ümumxalq səsverməsi (referendum) başlayıb.

Son xəbərlər

Orphus sistemi