​Cüdo üzrə Azərbaycan milli komandasının Qran Pri üçün heyəti açıqlanıb

​Cüdo üzrə Azərbaycan milli komandasının Qran Pri üçün heyəti açıqlanıb Yarışda 12 cüdoçu çıxış edəcək
Fərdi
14 Yanvar , 2016 11:50
​Cüdo üzrə Azərbaycan milli komandasının Qran Pri üçün heyəti açıqlanıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Yanvarın 22-də Kubada start götürəcək cüdo üzrə Havana Qran Prisi üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, 3 gün davam edəcək yarışda 7 çəki dərəcəsində 12 cüdoçu təmsil olunacaq. 

Baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Hidayət Heydərov, Tərlan Kərimov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Ramin Qurbanov, Şahin Qəhrəmanov (hər iki 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Qran Pridə ümumilikdə 62 ölkədən 258 idmançı yarışacaq. Azərbaycan yığması yarışa təlim-məşq toplanışı keçdiyi Braziliyadan yollanacaq. 

Son xəbərlər

Orphus sistemi