Cüdo üzrə Azərbaycan birinciliyinin bütün qalibləri məlum olub - FOTO

Cüdo üzrə Azərbaycan birinciliyinin bütün qalibləri məlum olub - FOTO Bakı. 28 fevral. REPORT.AZ/ Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi başa çatıb.
Fərdi
28 Fevral , 2019 23:36
Cüdo üzrə Azərbaycan birinciliyinin bütün qalibləri məlum olub - FOTO

Bakı. 28 fevral. REPORT.AZ/ Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyi başa çatıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 51 klubu təmsil edən 276 cüdoçunun mübarizə apardığı yarışın son günü daha 8 çəki dərəcəsində qalib müəyyənləşib.

Gənc qızlar arasında Şəfəq Həmidova (48 kq, “Atilla” İK), Zəhra Akkus (57 kq, “Judo Club 2012”), Nərmin Abdullayeva (70 kq, “Judo Club 2012”), Aytəkin Paşazadə (+78 kq, Zərdab) Azərbaycan çempionu adına sahib olub.

Oğlanların mübarizəsində isə Rövşən Əliyev (60 kq, “Gömrükçü” İK), Paşa Əliyev (73 kq, “Atilla” İK), Zelim Tckayev (90 kq, “Neftçi” İK) və İmran Yusifov (+100 kq yuxarı, “Qəbələ” İK) bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına layiq görülüblər.

Komanda hesabında birinci yeri “Atilla” İdman Klubunun təmsilçiləri tutublar. İkinci və üçüncü yerlərdə “Neftçi”“Judo Club 2012” idman klublarının komandaları qərarlaşıblar.

Birinciliyin qalib və mükafatçılarına diplom, kubok və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyinin açılış mərasimi dünən keçirilib.

Son xəbərlər

Orphus sistemi