Bakı. 23 aprel. REPORT.AZ/ Şirvan şəhərində cüdo üzrə regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışları keçirilib.
"Report" xəbər verir ki, turnir yeniyetmələr üzrə 15 yaşadək cüdoçular arasında təşkil olunub. Yarışda müxtəlif bölgələrdən olan perespektivli cüdoçular mübarizə aparıblar.
Daha yaxşı nəticə göstərən “Sumqayıt-1" komandası “Federasiya Kuboku”nun növbəti mərhələsinin qalibi olub. “Bakı-3” klubu 2-ci, “Şimal Qərb" komandası isə 3-cü yeri tutub.
Regionlararası “Federasiya Kuboku” uğrunda komanda yarışlarının növbəti mərhələsi aprelin 28-də Xaçmaz rayonunda keçiriləcək.