Cüdo üzrə dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Bakıya qayıdıb

Cüdo üzrə dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Bakıya qayıdıb Yığma ümumi komanda hesabında kişilərin yarışında 3-cü yeri tutub
Fərdi
23 Oktyabr , 2018 17:08
Cüdo üzrə dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Bakıya qayıdıb
Report/ Elchin Murad

Bakı. 23 oktyabr. REPORT.AZ/ Baham adalarının paytaxtı Nassau şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Bakıya dönüb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma üzlərini idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, idmançıların yaxınları və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, yarışda 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunan Azərbaycan millisi 2 medal qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib. Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib. Qadınların mübarizəsində 44 kq çəkidəki Şəfəq Həmidova 5-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilərin yarışında Yaponiya və İtaliyadan sonra 3-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi