Yuxarı

Cüdo üzrə dünya çempionatında Azərbaycan millisi daha bir medala sahib olub - FOTO

Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən gənc cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası daha bir medala sahib olub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 90 kq çəki dərəcəsində yarışan cüdoçumuz Firudin Dadaşov mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.

Start görüşündə Yeni-Zelandiya təmsilçisi Mettyu Roulini məğlub edən Dadaşov daha sonra Tacikistan idmançısı Səlim Faruxiyə qalib gəlib. 1/4 finalda almaniyalı David Tekiçə uduzan cüdoçumuz bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Burada Polşa nümayəndəsi Rafal Kozlovskiyə “ippon” - təmiz qələbə ilə qalib gələn Firudin Dadşov 3-cü yer uğrunda görüşdə rusiyalı Mixayil İqolnikovu udub. Beləliklə, Azərbaycan cüdoçusu Firudin Dadaşov dünya birinciliyinin bürünc medalını qazanıb.

Qeyd edək ki, gənclər arasında dünya birinciliyində mübarizə aparan milli komandamızın aktivində 2 bürünc medal var. 66 kq çəkidə yarışan Hidayət Heydərov da mündialda 3-cü yeri tutmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi