Yuxarı
    Bağlamaq

    Cüdo üzrə dünya çempionatına Bakının namizədliyi irəli sürülüb

    Bu barədə İJF prezidenti açıqlama verib

    Bakı. 7 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası dünya çempionatına Bakının namizədliyini irəli sürüb. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer "twitter" hesabı vasitəsilə müsahibəsində bildirib.

    Rumıniyalı funksioner bildirib ki, 5 şəhər 2018 və ya 2019-cu il dünya çempionatlarını keçirmək üçün ərizə verib. Bunlar Paris (Fransa), Tokio (Yaponiya), Kazan (Rusiya), Qahirə (Misir) və Bakıdır. Onun fikrincə, namizədlər siyahısına Hyustonun da əlavə olunacağı güman olunub.

    Qeyd edək ki, indiyədək Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirilməyib. Əvəzində qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi